İstifadəçi elektron alqı-satqının həyata keçirildiyi sayt və ya mobil tətbiqetmədə qeydiyyatdan keçərkən və ya ondan istifadə edərkən aşağıda qeyd olunan fərdi məlumatları internet resursuna daxil edir:

• ad, poçt və e-poçt ünvanları, telefon nömrəsi, doğum tarixini və digər əlaqə məlumatları kimi fərdi məlumatlar;
• istifadəçinin qeydiyyatda olduğu, yaşadığı o cümlədən sifariş verdiyi ünvanlar barədə məlumatlar;
• aldıqları məhsullar, onların qiymətləri, ödənişin həyata keçirildiyi bank kartının rekvizitləri barədə məlumatlar;
• sifariş verərkən satıcıya ötürülmüş İstifadəçinin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən digər məlumat.

Sayt və mobil tətbiqetmənin mülkiyyətçisi İstifadəçiyə məxsus olan fərdi məlumatların yayılmasına, İstifadəçi isə sayt və mobil tətbiqetmənin mülkiyyətçisinin kommersiya xarakterli məlumatlarının yayılması nəticəsində vurduğu zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

indi market moped